Daşkəsəndə hərbçi arvadını öldürəndən sonra intihara cəhd edib
Daşkəsəsəndə ağır qətl törədilib. APA TV-nin xəbərinə görə, kişi qeyri-rəsmi nikahda yaşadığı qadını boğub və bıçaqlayıb. Hadisə Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən “Bahar” yeməkxanasında baş verib. Daşkəsən rayon sakini 26 yaşlı Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğub, sonra isə ona bıçaqla xəsarət yetirib. Tünzalə Babayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Rəşad Məmmədov isə könüllü olaraq, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə gələrək təslim olub. O, hadisəni törətdikdən sonra zəhərli maddə qəbul edib və bu səbəbdən onun səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Rəşad Məmmədov hərbiçidir. Bu səbəbdən hadisəni Hərbi Prokurorluq araşdırır.