NATO baş katibi: "Rusiya Ukraynanın şərqindəki hadisələrə müdaxilə etsə..."

"Rusiya Ukraynanın şərqindəki hadisələrə müdaxilə etsə, ciddi tarixi səhv buraxmış olacaq".

 

APA-nın xəbərinə görə, bunu NATO baş katibi Anders Foq Rasmussen bəyan edib. "Bu bizim münasibətlərə mənfi təsir göstərəcək və Moskvanın növbəti beynəlxalq təcrid olunmasına gətirib çıxaracaq" - deyən baş katib növbəti dəfə Rusiyanı qoşunlarını Ukrayna sərhədindən çəkməyə çağırıb.
Ukrayna daxili işlər naziri Arsen Avakov da Xarkovda hüquq mühafizə orqanlarının 30 əməkdaşının işdən azad ediləcəyini deyib. Avakov əlavə edib ki, Xarkovda "Berkut" da daxil olmaqla elə milis dəstələri var ki, onlar antiterror əməliyyatlarda iştirak edib və vətənə xidmət etməyə hazırdır. "Bu səbəbdən də bu təmizləmə prosesi çətin olacaq, amma biz bunu edəcəyik" deyə, o, bildirib.
 

Bundan başqa ötən gün Ukraynada antiterror mərkəzi yaradılıb. Bu mərkəzi əsas vəzifəsi Xarkov, Donetsk, Luqansk vilayətlərində antiterror əməliyyatlarını aparılmaqdır. Bu barədə keçirdiyi brifinqdə prezident administrasiyasının rəhbəri Serqey Paşinski məlumat verib.
Onun sözlərinə görə, bu cür tədbirlər Ukraynanın şərq regionunda baş verən hadisələrlə bağlı həyata keçirilir. O, həmçinin regionlarda terrorizmlə bağlı xüsusi bölmələri yaradıldığını diqqətə çatdırıb.
 

Bu arada Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozyorov bəyan edib ki, Federasiya Şurasının Rusiyanın bütün Ukrayna ərazisinə qoşun yeritməsinə razılıq verməsi öz qüvvəsində qalır və nəzəri olaraq Rusiya prezidenti bu qərarı istənilən vaxt yerinə yetirə bilər.

Müəllif | Apa.Tv