Sumqayıtda 67 yaşlı kişi arvadını namus üstündə öldürüb

Sumqayıtda qətl hadisəsi törədilib. Ahıl yaşlarında ər-arvadın sözü çəp gəlib, onların mübahisəsi qətllə nəticələnib. Sumqayıt şəhər Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə 16-cı mikrorayon, ev 80 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1947-ci il təvəllüdlü Həbib Vahab oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1957-ci il təvəllüdlü Nənəxanım Həbibovanı döyüb, sonra başına güldan vuraraq qətlə yetirib. Dindirmə zamanı məlum olub ki , hadisə qısqanclıq zəminində baş verib.

 

Hadisəni törədən H.Həbibov saxlanılıb. O, törətdiyi əməli etiraf edib.

 

Qonşular Həbibovların çox sakit ailə olduqlarını deyiblər. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv