Azərbaycan prezidenti İrana gedir
Azərbaycan prezidenti İlham Əliyev sabah İrana rəsmi səfər edəcək. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında həyata keçiriləcək. Azərbaycan prezidenti aprelin 9-da Səədabad tarixi-mədəni kompleksində iranlı həmkarı tərəfindən rəsmi şəkildə qarşılanacaq.
Bundan əlavə, İ. Əliyev və H. Ruhaninin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir.
Eyni zamanda hər iki ölkənin prezidenti arasında bir sıra sənədin imzalanması gözlənilir.