Sumqayıtda avtobus yük maşını ilə toqquşub: 1 ölü, 25 yaralı

Sumqayıt şəhərində baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 25 nəfər isə ağır yaralanıb. APA TV-nin xəbərinə görə, ağır qəza Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb. Magistral yola hərəkət edən "50 AE 109" dövlət nömrə nişanlı "İsuzu" markalı sərnişin avtobus ilə "90 JH 537" nömrəli "MAZ" toqquşub. Zərbənin təsirindən avtobusun ön hissəsi deformasiyaya uğrayıb. Nəticədə avtobusun sürücüsü Ramiz Qurban Oğlu Muradov hadisə yerində keçinib. 

 

Yaralılardan 9-u Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə, 16-ı isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.

 

Faktla bağlı Sumqayıt Şəhər Yol Polisi İdarəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv