Qadın sürücünün maşını maneəyə çırpıldı
Bu gecə paytaxta yağan yağış yollarda qəzalara səbəb olub. APA TV-nin xəbərinə görə, Binəqədi rayonu, Azadlıq prospekti ilə hərəkət edən sürücü qəfil idarəetməni itirərək maşını yol kənarındakı maneəyə çırpıb. "99 EM 601" dövlət nömrə nişanlı "Kia" markalı avtomobili idarə edən Solmaz Kamilovanın bildirdiyinə görə, qəzaya yağışa görə yolu görməməsi səbəb olub. Qəza nəticəsində sürücü xəsarət almasa da, maşına ciddi ziyan dəyib.
Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsi tərəfindən araşdırma aparılır.