Zaqatalada narkotik alverçiləri tutuldu

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala və Balakən rayon sakinləri saxlanılıb. Zaqatala Rayon Polis Şöbəsindən APA TV-yə  verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçiriblər.

 

Keçirilmiş  əməliyyat-axtarış  tədbiri nəticəsində 1988-ci il təvəllüdlü Zaqatala rayon sakini Sabir Bəhram oğlu Şirinov şübhəli şəxs qismində saxlanılıb.  Hal şahidlərinin iştirakı ilə Sabir Şirinovun üzərinə baxış zamanı 15,4 narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Sabir Şirinovunla alınan ilkin ifadə zamanı məlum olub ki, o, narkotik vasitəni 1973-cü il təvəllüdlü, Balakən rayonu Qazma kənd sakini Mais Cəlal oğlu Qarakişiyevdən alıb. Saxlanılan Mais Qarakişiyevin üzərinə baxış zamanı iki kibrit qutusunda, ümumi çəkisi 15 qram qurudulmuş marixuana aşkar olunub. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov