Cəlilabadda 25 sürücü cəzalandırıldı
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Cəlilabad regonal şöbəsi Cəlilabad rayonu ərazisində növbəti reyd keçirib. APA TV-nin Cənub bürosunun məlumatına görə, reydlər qanunsuz taksi fəaliyyəti, habelə müvafiq lisenziyası olmadan yükdaşıma ilə məşğul olan iriqabaritli
avtomobilləri idarə edən sürücülərə qarşı keçirilib.
Sənədləri qaydasında olmayan və fərqlənmə nişanlarından istifadə etməyən sürücülər saxlanılmaqla onlar barəsində “İnzibati Xətalar Məcəlləsinin” müvafiq maddələri ilə inzibati protokol tərtib olunub, avtomobillər isə cərimə meydançasına aparılıb.
Ümumilikdə gün ərzində 50-dən yuxarı yük maşını və sərnişin daşıyan mikroavtobus saxlanılıb. Olardan 25-i barəsində inzibati qaydada cəza tədbirləri seçilib.