ABŞ-ın hərbi gəmisi Qara dənizdə

Luqanskda Ukrayna Təhlükəsizlik Xidmətinin binasını ələ keçirmiş şəxslərlə aparılan danışıqlardan sonra 56-dən çox insan binanı silahsız tərk edib. Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı xəbər görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bundan əvvəl yayılmış xəbərdə bildirilirdi ki, radikal təşkilat üzvləri Ukrayna Təhlükəsizlik Xidmətinin Luqansk idarəsinin inzibati binasında partladıcı qurğu quraşdıraraq 60 nəfəri girov götürüb.

 

Eyni zamanda Ukraynanın cənub-şərq hissəsində baş verən hadisələr fonunda ABŞ-ın “Donald Kuk ” adlı hərbi esminesi Qara dənizə daxil olub. Gəmi "İdjis" adlı raket əleyhinə qurğu ilə təchiz edilib. Amerika Hərbi Dəniz Qüvvələrinin yaydığı xəbərdə deyilir ki, gəmi əvvəl Qara dənizdə yerləşən limanların birinə yan alacaq, sonra NATO-ya üzv olan ölkələrin hərbi –dəniz qüvvələri ilə birlikdə əvvəlcədən planlaşdırılmış təlim keçəcək. Boğazların statusu haqqında Montrö Konvensiyasına uyğun olaraq, hərbi gəmi Qara dənizdə 21 gündən artıq qala bilməz.

 

APA TV-nin xəbərinə görə, Qərb isə Rusiyanın yeni sanksiyalarla hədələyir. "Kommersant" qəzetinin yaydığı xəbərə əsasən, Avropa birliyinin hazırladığı "Qara siyahı"ya hökumət və dövlət rəsmilərindən 107 nəfər daxil edilsə də son anda siyahı dəyişilib. Belə ki, AB-nin xarici işlər nazirlərinin birgə rəyindən sonra Rusiyanın xarici siyasət idarəsində və prezident administrasiyasında olan şəxslərində adı əlavə edilib. Bununla da siyahıda olan yüksək çinli şəxslərin sayı 130-a çatıb. Onlara qarşı birlik tərəfindən viza və maliyyə sanksiyalarının tətbiq ediləcəyi gözlənilir.

 

Müəllif | Apa.Tv