Azərbaycanda nə qədər narkoman var?

"2013-cü ildə Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 30 mindən nəfərdən  çoxdur. Onların da təxminən 800 nəfərini qadınlar təşkil edir. Narkotik faktı ilə bağlı 2013-cü 3 min cinayət faktı qeydə alınıb. Qeydə alınmış cinayət faktlarının 700-dən çoxu narkotik vasitələrin satışı ilə bağlıdır. 1700-dən artıq fakt isə narkotik istifadəsi və saxlanılması ilə əlaqədardır".

 

Bunu APA TV-yə müsahibəsində Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirib. Məzahir Əfəndiyevin sözlərinə görə,  reabilitasiya qanununun qəbulundan sonra ölkədə narkotik aludəçilərinin müayinə və müalicəsi üçün reabilitasiya mərkəzi açılmalıdır: "2013-cü ildə 5080 nəfər gənc məhkəmə qərarı ilə islah-əmək müassisələrinə göndərilib. Onlardan da 2470 nəfəri məcburi narkotikdən müaslicəyə yönəldilib. Əslində tutulan narkotik istifadəçiləri islah-əmək müəssisələrinə göndərilməməlidir. Çünki bu səxslərin müalicə olunmadan islah-əmək müəssisələrində saxlanılması yolverilməzdir".

 

Məzahir Əfəndiyev deyir ki, əgər narkotik aludəçiləri müalicə olunmadan birbaşa həbsxanalara göndərilirsə, bunlar azadlıqlarına qovuşduqdan sonra cəmiyyətə daha çox ziyan vururlar. Bu səbəbdən "Reabilitasiya haqqında" qanunun qəbulu ləngidilməməlidir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı