Türkiyədə qətliam kimi qəza: 10 ölü

Türkiyənin Konya vilayətində baş verən qəzada 10 nəfər ölüb. Hadisə avtomobil yüklü TIR-ın yük maşını, mikroavtobus və avtobusla toqquşması nəticəsində baş verib. Türkiyə mətbuatının verdiyi məlumata görə, ölənlərdən 8-i hadisə yerində, ikisi xəstəxanada ölüb. Çoxlu sayda insan xəstəxanaya çatdırılıb. Ölənlərin artacağından narahatlıq duyulur.

 

APA TV-nin xəbərinə görə, qəzanın səhər saatlarında Konya-Afyonqarahisar avtomobil yolunun 20-ci kilometrliyində olduğu bildirilir.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı