Xaçmazda qəza: 2 yaralı
Xaçmaz rayonunda iki avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza rayonunun Niyazabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağçay kənd yolundan əsas yola dönən “VAZ 21 06” markalı avtomobil qarşıdan gələn eyni markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkim Ağayar Quliyev deyib ki, xəstələrə lazım olan yardım göstərilib. Hazırda travmatologiya şöbəsində müalicəsini davam etdirirlər. Xəstələrin ümumi vəziyyəti kafidir. Həyatları üçün təhlükə yoxdur.
Yaralanan şəxslər Xaçmaz rayonunun Qaraqurdlu kənd sakini 38 yaşlı Gülşən Cəbrayılova və Ağçay kənd sakini 29 yaşlı Mahir Bayramovdur. Faktı Xaçmaz rayon Polis Şöbəsi araşdırır.