Ukraynada kütləvi iğtişaşlarda 105 nəfər ölüb

"Luqanskda separatçıların yaratdığı gərginlik 48 saata aradan qaldırılacaq". APA TV-nin xəbərinə görə, bunu Nazirlər Kabinetinin iclasından sonra Ukraynanın daxili işlər naziri Arsen Avakov açıqlayıb. Nazir bildirib ki, bu məsələnin həlli yolu güc tətbiq edilməsindən daha çox siyasi dialoqdadır: "Əgər kimsə danışıqlar yolunu qəbul etsə, görüşüb danışacağıq, bəzi konflikt istəyən marjinallar isə Ukrayna dövlətinin gücünü görəcəklər". Avakov Təhlükəsilik Xidmətinin binasında saxlanılan şəxslərin sayını və kimliklərinin açıqlamayıb, yalnız bu şəxslərin Təhlükəsizlik Xidmətinin əməkdaşları olmadığını vurğulayıb.

 

Danışıqlar nəticəsində Luqanskda zəbt olunmuş hökumət binasında saxlanılan 60 nəfər girovdan 56-sı buraxılıb. Onlardan heç birinin üzərində xəsarət əlamətləri yoxdur.
 

Ukrayna Səhiyyə Nazirliyi 2013-cü ilin noyabrın 30-dan 2014-cü il aprelin 9-dək aksiyalarda ölən və yalananların sayını açıqlayıb. Bildirilir ki, aksiyalarda 105 nəfər ölüb. Bu il fevralın 18-dən indiyədək təcili və təxirəsalınmaz yardım mərkəzlərinə 1737 nəfər müraciət edib. Onlardan 1155 nəfəri hospitallaşdırılıb. Hazırda Kiyev şəhərinin mərkəzi xəstəxanasında kütləvi iğtişaşlar zamanı yaralanan 98 nəfər müalicə alır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı