Ruyiya Ukraynaya "qaz müharibəsi" elan etdi! Bu ölkəyə qaz nəqli dayandırılacaq!

Rusiya prezidenti Vladimir Putin bu gün hökumət nüməyəndələri ilə Ukraynaya qaz verilişinin dayandırılıb-dayandırlmaması ilə bağlı məsləhətləşmələr aparacaq. Səbəb kimi Ukraynanın qaz borcunu ödəyə bilməməsi göstərilir. Bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib. Peskov jurnalistlərin "artıq Ukraynaya qaz ixracının dayandırılması ilə bağlı qərar verilibmi?" sualına "əgər qərar verilsəydi onda məsləhətləşmə keçirməyə nə ehtiyac var idi?" cavabını verib. Rusiya hökumətində təmsil olunan mənbələrdən bildirilir ki, toplantıda qəti olaraq bir tələb qaldırılacaq. "Ukraynaya qazın verilişi dayandırılsın"! Putinin isə başqa variantlar təklif edəcəyi istisna olunmur. Ukraynaya qazın ixracının dərhal dayandırılmaması da mümkündür. Məsələn, "Qazprom"a Ukraynanın "Naftoqaz"ı ilə danışıqlar aparmaq üçün göstəriş verilə bilər ki, may ayının 1-nə qədər borcu ödəsin.  Rusiyanın bu vaxta qədər gözləmək imkanın olduğu qeyd edilib. Bu arada Ukraynanın mart ayının borcunu da ödəmədiyi bildirilir. Ümumi borc 2, 2 milyard dollardır. Rəsmi Kiyev də məsələyə münasibət açıqlayıb. Ukraynanın enerji naziri Yuri Prodan Brüsseldə bildirib ki, belə bir qərar verilsə, bu, onlar üçün gözlənilməz olmayacaq: "Rusiyanın qazın qiymətini qaldırması artıq hər şeyi deyirdi. Bunu Avropaya da bir mesaj kimi qəbul etmək lazımdır. Tranzit ölkə kimi Ukraynanın qazın nəqlini dəstəkləmək üçün imkanları məhduddur".

 

Avropada ümid edilir ki, Rusiya öhdəliyə təchizatçı, Ukrayna isə tranzit ölkə kimi hörmət edəcək. Bütün bunlara baxmayaraq, ehtiyat tədbirləri də görülməyə başlayıb. Avrokomissar Günter Ettinger artıq Avropanın enerji məsələləri üzrə Koordinasiya Qrupu ilə görüş keçirib. Bu qrupa qitənin 28 ölkəsini təmsil edən qaz kompaniyalarının təmsilçiləri və ekspertləri daxildir. Görüşdə gözlənilən təhlükəyə qarşı atılacaq addımlar müzakirə edilib.
 

Müəllif | Apa.Tv
Apa.tv