Yağışlı və küləkli hava davam edəcək

Yaxın iki gündə Bakıda və Abşeron yarmadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil eədəcək. Cənub küləyi əsəcək. Ayın 12-də şimal-cənub küləyi şimal küləyi ilə əvəzlənəcək. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosununun qrup rəhbəri Fərqanə Həsənova APA TV-yə deyib ki, ayın 12-də şimal küləyinin güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarmadasında  temperautlar gecə 4- 8 dərəcə isti gündüz 12 -17 dərəcə isti təşkil edəcək.

 

Bölgələrdə isə hava şəraitinin yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək: "Havanın temperaturu gecə 8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda 1-6, gündüz 7-12 dərəcə isti təşkil edəcək".

 

Yaxın iki gündə şimal küləyinin cənub küləyi ilə əvəzlənməsi metohəssas insanlarda diskomfort hissi yaradacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova