Kürəkənini öldürən qaynata meyiti xəstəxananın həyətinə atıb
Gəncədə ailədaxili münasibətlər zəminində qətl törədilib. Qaynata kürəkənini qətlə yetirib. APA TV-nin xəbərinə görə, hadisə aprelin 8-də axşam saatlarında Gəncə şəhərinin Dədə Qorqud küçəsində baş verib. Şəhər sakini, 1970-ci il təvəllüdlü Ceyhun Knyaz oğlu Kərimov kürəkəni- 1990-cı il təvəllüdlü, Ağdaş rayon sakini, Araz Əliyusif oğlu Ağayevi bıçaqlayaraq, qətlə yetirib. Gəncin meyiti xəstəxananın həyətindən tapılıb. Ceyhun Kərimov polis tərəfindən saxlanılıb. Onun cinayəti hansı səbəbdən törətməsi hələlik açıqlanmır.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.