Malena Mard: "Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etməsi ümidvericidir"
"Avropa Birliyi hesab edir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etməsi ümidvericidir".
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O bildirib ki, Avropa Birliyi prezidentlər arasında dialoqun davam edəcəyinə ümid edir: “Dialoq bir çox məsələlərin irəli getməsinin yeganə yoldur. Avropa Birliyi danışıqların davam etməsinə çox pozitiv yanaşır”- deyə səfir əlavə edib.
Malena Mard Azərbaycan və Avropa Birliyi arasında ikitərəfli münasibətlər üzrə danışıqların həm Bakıda, həm də Brüsseldə davam etdirildiyini deyib. “Ümid edirəm ki, bu dialoq keçmiş illərdə müşahidə etdiyimiz intensivliklə davam edəcək. Azərbaycanla Avropa Birliyi arasında yaxşı əməkdaşlıq münasibətləri mövcuddur" - deyə o, bildirib.