Pirşağıda evləri söküləcək sakinlər aksiya keçirdilər

Bu gün səhər saatlarında Pirşağıda bir qrup qəsəbə sakini etiraz aksiyası keçirib. Onlar yolu bağlamağa cəhd ediblər. APA TV-nin xəbərinə görə, hadisə yerinə Sabuncu rayon Pİ-nin mühafizə polisinin əməkdaşalı cəlb olunub. Yerli sakinlər qəsəbə ərazisindən keçəcək Bilgəh-Sumqayıt Dairəvi yolunun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazılıq ediblər.

Sabunçu rayonunun qəsəbə üzrə icra nümayəndəsi, RİH-in məsul şəxsləri hadisə yerinə gəliblər. Onlar məsələ ilə bağlı RİH başçısının məlumatlandırıldığını deyiblər. Sakinlərə fikirlərini bildirmək üçün Pirşağı qəsəbəsinin Mədəniyyət Evində görüş təklif olunub. Orada RİH başçısı Adil Vəliyev narazı sakinlərli qəbul edib. Görüşdən sonra Adil Vəliyev APA TV -yə deyib ki, sakinlərə müəyyən köməkliklər olacaq. Sakinlər isə bildiriblər ki, görüşdə onlara ödəniləcək kompensasiyanın məbləğinin artırılacağına söz verilib. Eyni zamanda onlara boş yerlərdə müvafiq torpaq sahələrinin ayrılmasının nəzərdə tutulduğu da deyilib. Daha sonra RİH başçısı və səlahiyyətli şəxslər söküntü işlərinin aparılacağı ərazilərə baxış keçiriblər. 

Müəllif | Apa.Tv