Bakının mərkəzində yanğın həyəcanı

Paytaxtın Nəsimi rayonunda yanğın olub. Hadisə Dilarə Əliyeva küçəsi 239/8 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb. APA TV-nin xəbəbrinə görə, yanğın ümumilikdə 12 kv.m ərazini əhatə edib.

Hadisə yerinə Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib. Binada olan sakinlər təxliyə edilib. Yanğın tez bir zamanda söndürülüb. Qonşuların dediyinə görə, yanğının baş verməsinə elektrik naqillərindəki qısaqapanma səbəb olub.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı