Balaxanı Maşınqayırma Zavodunda yanğın

Balaxanı Maşınqayırma Zavodunda yanğın olub. Yanğın zavodun yanındakı köhnə tikilinin dam örtüyündə baş verib. Hadisə yerinə Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğın söndürülüb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

 

Zavod rəhbərliyi hadisə elə bağlı məlumat verməkdən imtina edib və APA TV-nin çəkiliş qrupunu zavod ərazisindən kənarlaşdırıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı