“APA Holdinq”in İKT Departamentinin direktoru və 2 əməkdaşı “Capture The Flag” müsabiqəsinin qalibi oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə “Hackathon Azerbaijan” layihəsi çərçivəsində keçirilən “Capture The Flag” müsabiqəsinin qalibləri açıqlanıb.

 

APA TV-nin xəbərinə görə, müsabiqəyə nazirliyin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi, Yüksək Texnologiyalar Parkı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, R.I.S.K və “Delta Telecom” şirkətləri də dəstək verib.

 

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, müsabiqənin məqsədi Azərbaycanda informasiya təhlükəsizliyi sahəsini inkişaf etdirmək, bu sahədə kadr potensialının artırılmasıdır. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi mövzusunda keçirilən budəfəki yarışmada ümumilikdə 100-ə yaxın komanda iştirak edib.

 

Müsabiqə qaliblərinin adı açıqlanıb.Birinci yeri “APA Holdinq”in İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) Departamenti qazanıb.  Departamentin direktoru Arif Şəmistanlı, proqramçılar Ramal Həcatalıyev və Emil Quliyevdən ibarət komanda müsabiqənin qalibi olub. Qaliblər mükafatlandırılıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı