Bölgələrdə yerli toxum problemi

Qışın çıxmasını səbirsizliklə gözləyən kəndli yaz gələn kimi əkinə başlayır. Yer şumlayır, toxum səpir... Əkdiyi bitkilərlə yanaşı, bol məhsul götürəcəyinə ümidləri də cücərir... Amma bəzən səpdiyi toxum bitmir. Ya keyfiyyətsiz olur, ya da yerli iqlimə uyğanlaşmır deyə cücərə bilmir. Mütəxəssislərin sözlərinə görə, yerli toxumlar istehsal olunsa, fermerlərin yaz-tarla mövsümündə çəkdiyi zəhmət puça çıxmaz. Ağdam Toxum Laboratoriyasının rəisi Vaqif Səmədovun sözlərinə görə, yerli laboratoriyalar mövcud olsa da, onların fəaliyyəti üçün şərait yoxdur. Bu da, yerlərdə toxumçuluğun inkişafına və toxum istehsalına ciddi problemlər törədir.
 

Kənd təsərrüfatı mütəxəssisi İqbal Quliyev isə bildirir ki, çox vaxt istehlakçılar istehsal olunan bitki məhsullarının keyfiyyətindən şikayətlənirlər: “Mütəxəssislər əslində alıcıların haqlı olduğunu düşünürlər. Çünki, xaricdən alınan toxumların çoxu keyfiyyət üçün yox, kəmiyyət üçün yetişdirilir”. Son iki ildə istehsalçılar xaricdən alınan toxumlardan əldə etdiyi məhsulu əlverişli qiymətə sata bilmədiyinə görə, daha çox yerli toxum əkməyə meyllənir. Ancaq yerli istehsaldan əldə olunan toxum həm çeşidinə, həm də miqdarına görə azlıq təşkil edir.
 

Müəllif | Apa.Tv