ABŞ-da məktəbli bıçaqla 21 nəfərə xəsarət yetirib

ABŞ-ın Pensilvaniya ştatının Marrisvill şəhərində iki bıçaqla silahlanın 16 yaşlı yeniyetmə orta məktəbdə ağır cinayət törədib. Hadisə nəticəsində 14-17 yaşlı 20 tələbə və 60 yaşlı qarovulçu yaralanıb. Yaralıların dördünün vəziyyəti ağırdır.


Hadisəni törədən yeniyetmə saxlanılıb. Məlum olub ki, o, həmin məktəbin şagirdidir.

Adı açıqlanmayan yeniyetmə məhkəmə qarşısına çıxarılıb. Hakim ona ittiham elan edib. Məlumata görə, yeniyetmə qətlə cəhddə günahlandırılır. 16 yaşlı məktəbli yetkinlik yaşına çatmamış vətəndaş kimi mühakimə olunacaq.

Şahidlərin sözlərinə görə, iki mətbəx bıçağı ilə silahlanan yeniyetmə dəhliz boyu siniflərə girib və heç nə demədən qarşısına çıxana bıçaq zərbəsi endirirmiş. Şagirdi məktəbin direktor müavini yerə yıxaraq zərərsizləşdirib.

Polis hadisənin motivlərini araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv