Milli Ordunun giziri intihar edib

Azərbaycan Ordusunun giziri intihar edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin giziri, Ələkbərov Samir Sərxan oğlu özünü asıb. Hərbi qulluqçunun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Qeyd edək ki, Samir Ələkbərov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv