Viktoriya Nuland: "Biz Rusiyanı cəzalandırmasaq..."

"Rusiya ilə danışıqlardan müsbət nəticə gözləmək doğru deyil. Bununla belə, rəsmi Moskva ilə diplomatiya qapılarını açıq saxlamaq lazımdır".

 

APATv-nin UNİAN agentliyinə istinadən xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının Avropa və Avrasiya işləri üzrə dövlət katibi köməkçisi Viktoriya Nuland Ukraynadakı vəziyyəti şərh edərkən belə deyib. Nuland qeyd edib ki, beynəlxalq ictimaiyyət Rusiya ilə münasibətlərinə aydınlıq gətirməlidir.

 

"Ukraynadakı hadisələr hər kəs üçün həyəcan siqnalıdır. Biz Rusiyanı cəzalandırmasaq, son 40 ildə azad ölkələr kimi sahib olduğumuz dəyərləri riskə atmış olacağıq", - deyə Nuland əlavə edib.

 

Yeri glmişkən ABŞ-ın dövlət katibi Con Kerri və Ukraynanın baş naziri Arseni Yatsenyuk Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər. Kerri Ukrayna hökumətini ölkənin cənubi-şərqindəki böhranı sülh yolu ilə həll etməyə çağırıb.

 

Söhbət zamanı ABŞ, Rusiya, Ukrayna və Avropa Birliyi arasında dördtərəfli görüşün keçirilməsinin mümkünlüyü də diqqət mərkəzində olub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı