Bakıda polis rəisinin sürücüsü qəzada öldü

Bakıda baş verən yol qəzasında polis rəisinin sürücüsü ölüb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı dairəvi yolunda qeydə alınıb.  

 

Bakı şəhər sakini, polis serjantı, 1979-cu il təvəllüdlü Rafiq Abbasovun idarə etdiyi 10 AA 104 dövlət nömrə nişanlı “Hyundai - Sonata” markalı avtomobil “Hyundai-Tucson” markalı avtomobillə toqquşub. Nəticədə R.Abbasov hadisə yerində ölüb. 

 

R.Abbasovun idarə etdiyi maşın Səbail Rayon Polis İdarəsi rəisinin xidməti avtomobili olub.

 

Müəllif | Apa.Tv
Apa.tv