Araz Əzimov: "Uorlik o səviyyədə deyil ki, düzgün olmayan fikrini şərh edim"

"Ceyms Uorlik hələ o səviyyədə deyil ki, mən onun hansısa düzgün olmayan fikrini mən şərh edim".

 

APA TV-nin xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin münaqişə ilə bağlı müzakirələrin Azərbaycan və Dağlıq Qarabağ arasında aparılmalı olduğu fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, amerikalı həmsədr Minsk qrupunun sənədlərini daha yaxşı oxumalı və daha sonra əsaslı mübahisəyə girməlidir: "Bu cür bəyanatın yalnız siyasi, qərəzli əhəmiyyətini görmək olar. Yalnız o mənada ki, Ceyms Uorlik Ermənistana bir təsəlli vermək üçün bu bəyanatı verib".

 

Nazir müavini qeyd edib ki, münaqişə Azərbaycanla Ermənistan arasında gedir və 30 minlik kiçik bir etnik qrupun hansısa bir məntəqədə yaşaması onun bu ərazi iddiasına heç bir hüquqi əsas yaratmır.

 

Araz Əzimov deyib ki, Minsk qrupunun formatına əsasən, işğal bitəndən sonra növbəti mərhələdə qurum yenidən yığışacaq və yerlərdəki məsələləri həll etmək üçün həm Ermənistan, həm də Azərbaycanın iştirakı ilə müzakirələrdə iştirak edəcək.

 

Müəllif | Apa.Tv