Nazir müavini: "Ermənistanda baş nazirin vəzifədən getməsi..."
"Baş nazirin vəzifədən getməsi bu ölkədə hökumətin xəttinin ya düzgün olmadığına, ya da vəziyyətin gərginləşdiyinə dəlalət edir".
APA TV-nin xəbərinə görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistanın baş naziri Tiqran Sarkisyanın istefa verməsinə münasibət bildirərkən deyib: "Bunların hər ikisi Ermənistanda mümkündür. Orada iqtisadi vəziyyət gərgindir və əhalinin narazılığı artır".
Nazir mavini bu istefanın və hökumətin dəyişməsinin Dağlıq Qarabağ münaqişəsinə nə kimi təsir edə biləcəyini də şərh edib: "Baş nazir ümumiyyətlə, bu prosesdə iştirak etmir. Ona görə onun hansısa şəxsi rolundan danışmaq çətindir".
Onun sözərinə görə, Ermənistan əhalisi ölkənin son xəttə durduğunu və Ermənistan rəhbərliyi bu gün tutduğu mövqeyin hazırkı və gələcəkdə formalaşacaq mühitə heç uyğun gəlmədiyini anlamalıdır.