Bu uşağın yaşaması üçün 100 min manat lazımdır
"Babalardan, nənələrdən, dayılardan, əmilərdən imkan varsa mənə lütfən kömək kömək etsinlər".
Xəyalın 7-yaşı var. O, kəskin leykozdan əziyyət çəkir. Həkimlər ona bu diaqnozu 2014-cü ildə qoyublar. Valideynləri deyir ki, bu müddət ərzində 3 kurs müalicə olunub. Hər müalicə kursu ailəyə 1000-1500 manata başa gəlir. Atası Faiq Məhərrəmovun sözlərinə görə, Xəyalın həyatda qalması üçün ona ilik köçürülməlidir. Müalicə xərclərini ödəməkdə çətiklik çəkən ailənin isə buna maddi imkanı çatmır. Atası Faiq Məhərrəmov APA TV-yə deyib ki, indiyədək yaxınlarından pul alıb.
2013-cü ildə birinci sinifə gedən Xəyal səhhətində yaranan problemlə bağlı orta məktəbə cəmi üç ay gedə bilib. İndi onun ən böyük arzusu sağalmaq və təhsilini davam etdiriməkdir.
Anası Xəyalə Məhərrəmova bunları deyib: "Mən xeyirsevərlərdən kömək istəyirəm. Xəyalın arzuları var. Oxumaq istəyir, yaşıdları kimi məktəbə getmək istəyit. Xəyalla yaşadığım hər gün səadətdir".
Xəyalın tam sağalması üçün isə təxminən 100 min manat lazımdır. Ailə bütün xeyirxah insanlardan yardım istəyir. Yardım etmək istəyənlər Bank of Bakuda Məhərrəmova Xəyalə Şakir qızının adına açılan hesaba pul köçürə bilər.
Hesab sahibi: Məhərrəmova Xəyalə Şakir qızı
Hesab nömrəsi: 38010000151245İ38
İBAN AZ46JBBK00038010000151245İ38