Gənc sürücünün "VAZ 2107"-də sıxılmış meyiti maşından çıxarılıb

Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun 84-cü kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində "VAZ 2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir sədlərə çırpılıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər sürücü, Şəki rayonunun Köndələn kənd sakini 1990-cı il təvəllüdlü Həsənov Araz Əli oğlunun sıxılmış vəziyyətdə qalmış meyitini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı BDYPİ-də araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı