Əhməd Davudoğlu: "Nurçu"ların xaricdəki məktəbləri...
"Prezident olmaq üçün Rəcəb Tayyib Ərdoğanın yetəri qədər gücü var".
APA TV-nin xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Nazir əmindir ki, Ərdoğan istəsə, prezident seçiləcək: "Hörmətli baş nazir prezident olmaq istəsə, bu, onun haqqıdır. Sadəcə Rəcəb Tayyib Ərdoğanın belə bir qərar verməsini gözləmək lazımdır".
Əhməd Davudoğlu, həmçinin son zamanlar mediada "xarici ölkələrdəki Gülən məktəblərinin bağlanması" barədə göstəriş verilməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı heç bir təlimat və ya göstəriş verməyib: "Amma belə bir təlimat var ki, Türkiyə dövlətini təhqir edənlər haqqında lazımı tədbirlər görüləcək. O məktəblərin hər bir daşında bizim əməyimiz var".
Nazir bildirib ki, o məktəblərin hər birini ziyarət edib və onların fəaliyyət göstərmələri üçün icazə alıb.