2716 ukraynalı hərbçi Krımı tərk edir
2716 ukraynalı hərbçi Krımı tərk edir. Onlar hərbi xidməti Ukraynada davam etdirmək istəyirlər. REUTERS agentliyinin xəbərinə görə, hərbçilər ailələri ilə birlikdə Krımdan silahsız və dəmir yolu ilə çıxarılacaqlar.
Onlardan 923 nəfəri zabir, 103 müdavim, 1374 çavuş və əsgərdir.
Rusiya-Ukrayna sərhəddini keçdikdən sonra Krımdan gələn bütün hərbçilər Ukraynanın А-1978 saylı hərbi hissəsində yaradılan Novoalekseyevsk stansiyasındakı toplama məntəqəsinə gedəcəklər. Orada onlar yeni xidmət yerinə təyinat alacaqlar.
Ukraynanın Krımda yerləşdirilmiş 193 hərbi hissə və müəssisələrinin hamısında Rusiya bayraqları qaldırılıb.
Donetsk şəhərində isə kütləvi aksiyalar səngimir. Özlərini “Donetsk Xalq Respublikası” adlandıran koalisiya hökuməti qəti şəkildə bölgənin referenduma gedəcəyini bəyan edib.
APA TV-nin xəbərinə görə, Ukrayna dövlət maliyyə xidməti "çirkli pulların yuylması" üzrə növbəti hesabatını açıqlayıb. Bununla bağlı göndərilən 126 fakt araşdırılıb. Məlum olub ki, Ukraynaının eks prezidentinin ciddi karrupsiyya hallarına yol verdiyi açıqlanıb. Açıqlamada Viktor Yanukoviçin 77, 2 milyard qriven mənimsədiyi göstərilib.