Zakir Həsənov İrana gedəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İrana rəsmi səfər edəcək. APA TV-nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər aprelin 14-15-də reallaşacaq. Zakir Həsənovu qonşu öllkəyə İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan dəvət edib.

 

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv