Həyat yoldaşı və 3 övladını Suriyaya aparan idmançının ölüm xəbəri gəldi

Suriyada daha iki azərbaycanlının öldürülməsi barədə məlumat yayılıb. APA-nın məlumatına görə, onların hər ikisi Qax rayon sakinidir. Öldürülən döyüşçülərdən biri “Cundullah Azəri” ləqəbi ilə tanınırmış. Onun əsl adının İbrahim olduğu bildirilir. Onun fotosu da yayılıb. “Cundullah Azəri” qaydasız döyüş üzrə idman ustası olub.

APA-nın apardığı araşdırma nəticəsində onların hər ikisinin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, Suriyada öldürülən şəxslər, Qax rayon sakinləri – 33 yaşlı İbrahim Kərimov və 27 yaşlı Samir Məmmədovdur.

İdmançı kimi tanınan İbrahim Kərimov bir il əvvəl həyat yoldaşı və üç uşağı ilə birgə Suriyaya gedib. Suriyada döyüşlərə qatılan İbrahim Kərimov öləndən sonra onun ailəsi ilə də əlaqə kəsilib. Onun ailə üzvlərinin sağ olub-olmadığı məlum deyil.

 

Müəllif | Apa.Tv
Apa.tv