Sabah 25 dərəcə isti olacaq

Aprelin 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 15-20 dərəcə isti olacaq. Aprelin 11-də Azərbaycanın rayonlarında, bəzi dağlıq və dağətəyi ərazilərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 9-14 isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova