Qorxmaz Hüseynov: "Kanalizasiya sistemində problemi qeyri-qanuni evlər yaradır"
"Paytaxtın bir çox yerində yollarda və yolətrafında yağış barmaqlıqları ya yoxdur, ya da asfalt döşənərkən yağış barmaqlıqları yararsız vəziyyətə düşüb".
APA TV-nin xəbərinə görə, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib: "Mövcud kanalizasiya kollektorlarının 70 %-dən çoxu yuyularaq təmizlənib. Onların içərisindən müxtəlif əşyalar, daş və dəmir kütləsi, məişət əşyaları çıxarılıb. Aparılan təmizləmə işlərindən sonra kanalizasiya xətlərindəki qəzaların sayı minimuma enib".
Qorxmaz Hüseynov deyir ki, yağış sularının toplanması üçün istifadə olunan su hövzələrinin ətrafında qeyri-qanuni yaşayış evlərinin tikilməsi kanalizasiya xətlərində problemlərin yaranmasına əsas səbəblərindir. Bu tip halların qarşısının alınması üçün yeni qanun layihəsi hazırlanaraq, hökumətə təqdim edilib.