Bakıda “Mercedes”lə “Toyota” toqquşdu

Ötən gecə paytaxtın Yasamal rayonu, Mətbuat prospektində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 23 yaşlı Emin Yarıyev “Mercedes” markalı avtomobillə idarəetməni itirərək, 60 yaşlı Ramiz Nəsirovun idarə etdiyi “Toyota”  markalı avtomobilə çırpılıb. Nəticədə ciddi xəsarət alan olmasa da, “Mercedes”in sürücüsü baş nahiyəsindən yüngül xəsarətlə canını qurtara bilib. Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları gəliblər. Hadisə üzrə  Yol Patrul Xidmətinin inspektoru Azər Kazımovun APA TV-yə verdiyi məlumata görə, qəzaya səbəb “Mercedes” markalı avtomobilin yolun hərəkət hissəsinin əks istiqamətinə çıxması olub.

 

Faktla bağlı Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv