Lənkəranda Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu tikilir
“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq Lənkəran rayonunun Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinə başlanıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, ölkə başçısının müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına inşa edilən yoldan rayonun 10 mindən çox sakini yararlanacaq.
Rayon mərkəzindən 30 kilometr aralıda yerləşən, uzun illər bərbad vəziyyətdə olan yolun birinci hissəsi 1960-cı, ikinci hissəsi isə 1976-cı illərdə çəkilib. Yolun 18 kilometrlik ərazisində indiyədək heç bir əsaslı təmir işləri görülməyib.
Qeyd edək ki, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun qısa müddətdə istifadəyə verilməsi nəzərdə tutulub.