Afinada Mərkəzi Bankın qarşısında partlayış törədilib
Yunanıstanın paytaxtı Afinada Mərkəz Bankı ofisinin qarşısında partlayış törədilib. Bomba yüklü maşın bankın qabağında partladılıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, terrorçular 75 kiloqrama yaxın partlayıcı maddədən istifadə ediblər.
Hadisənin məsuliyyətini hələ boynuna götürən olmayıb.
Qeyd edək ki, ancaq Afinada maliyyə təşkilatlarını hədəfə alan bənzər hücumlar daha əvvəllər də yaşanmışdı. Bəzi məlumatlara görə, partlayış Almaniyanın baş naziri Angela Merkelin Afinaya səfərinə cavab olaraq, həyata keçirilib.