Dostların içki məclisi bıçaqlanma ilə nəticələndi
Abşeron rayonunun Mehdabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Yeni Məhəllədə yaşayan 1978-ci il təvəllüdlü Ramazanov Elnur Nadir oğlu tanışı, 1973-cü il təvəllüdlü Muradov Etibar Surxay oğlunu bıçaqlayıb. Dostlar birlikdə yeyib-içdikdən sonra aralarında mübahisə olub, bir-birlərini təhqir ediblər.
APA TV-nin xəbərinə görə, Elnur Ramazanov bunları deyib: "Yanıma gəldi, araq şüşəsi istədi verdim, açdı içdik. Mən ona dedim ki, belə halda yanıma gəlməsin. O əlini atıb, kolbasa doğranan bıçağı götürdü, boğazıma çəkdi. Bundan sonra mən onu bıçaqladım. İlk bıçağı ona mağazada vurdum".
Artıq cinayəti törədən şəxs saxlanılıb.
Abşeron RPŞ-in müstəntiqi Eldəniz Əsgərovdeyib ki, mübahisə zamanı Elnur Ramazanov Etibar Muradova biri qarın boşluğuna nüfuz edən 5 bıçaq zərbəsi endirib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.4 -cü maddəsi ilə cinayət işi başlanilıb, Elmir Ramazanov isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.