Donetskdə şaxtada partlayış - 7 ölü

Ukraynanın Donetsk vilayətində şaxtada partlayış olub. 7 nəfərin həyatını itirdiyi partlayışın qaz təzyiqindən baş verdiyi bildirilir. Donetsk şəhər prokurorluğunun verdiyi məlumatda bildirilir ki, partlayış anında yerin 1300 metr dərinliyində 52 şaxtaçı olub. Onlardan daha 7 nəfəri isə ölümcül vəziyyətdədir, bir nəfər isə nisbətən yüngül xəsarətlər alıb. Baş verən hadisə ilə bağlı cinayət işi açılıb. Partlayış yerində hazırda xilasedicilər işlərini davam etdirirlər. Şaxtada işlər dayandırılıb. Hadisənin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq məqsədi ilə istintaq-əməliyyat qrupu da yaradılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv