Prezident Administrasiyasında yeni sektor yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektorunun yaradılması barədə  sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir.Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini, bu qurumlarla iş aparan dövlət orqanlarının və qurumlar fəaliyyətinin əlaqələndirilməsini təmin edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv