Araz Əzimov: "NATO-nun Qarabağ münaqişəsinin həllində iştirak etmək imkanları məhduddur"

"NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etmək imkanları məhduddur".

 

APA TV-nin xəbərinə görə, NATO-nun Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini şərh edən xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, qurum ən üst səviyyədə dəfələrlə Azərbaycanın və digər bölgə ölkələrinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyərək münaqişələrin məhz bu prinsiplər əsasında həllinə tərəfdar çıxdığını bəyan edib: "Bu da siyasi bir töhvədir. NATO bilavasitə müzakirələrdə iştirak etmir, amma bu prinsiplərə dəstək verməsi özü-özlüyündə çox önəmli bir faktordur. Əlbəttə ki, NATO ilə biz müzakirələri geniş coğrafi və konseptual çərçivələrdə aparırıq. Avroatlantik təhlükəsizliyə təsir edə bilən bütün faktorlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilir".

 

Araz Əzimov bildirib ki, alyans Azərbaycanla tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində inkişafına önəm verir.

 

Müəllif | Apa.Tv