Krım yeni Konstitutsiyanı qəbul etdi

Krımın qeyri-legitim dövlət şurası yarımadanın konstitusiyasını qəbul edib. Konstitusiyanın qəbulunun lehinə 87 deputat səs verib. Sənəd 10 fəsil və 95 maddədən ibarətdir. Konstitusiya ümumilikdə Rusiya Federasiyası Konstitusiyasına uyğunlaşdırılıb.

 

Konstitusiyanın mətnində göstərilir ki, Krım Rusiya Federasiyası tərkibində demokratik və hüquqi dövlətdir və Rusiyanın digər subyektləri ilə eyni hüquqludur.

 

Həmçinin qeyd edilir ki, xalq öz iradəsini referendum və azad seçki yolu ilə ifadə edə bilir, hakimiyyətin qanunsuz zəbt olunması və idarəçilik səlahiyyətlərinin mənimsənilməsi yolverilməzdir.

 

Konstitusiyaya əsasən Krımın rəsmi dövlət dili olaraq rus, Ukrayna və Krım tatarlarının dili təsbit olunub.

 

Bir qədər əvvəl isə Rusiya Federasiyası konstitusiyasını 3-cü fəslinin 65-ci maddəsinə Krım və Sevastopolun Rusiya subyekti olması ilə bağlı bənd daxil edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv