“Kaspi” Təhsil Mərkəzindən “Əlifbanı öyrənirəm” layihəsi

“Kaspi” Təhsil Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda və ölkədən kənarda yaşayan 5-10 yaşlı uşaqların əlifba və ana dilindəki ilkin anlayışları öyrənmələri üçün “Əlifbanı öyrənirəm” layihəsini hazırlayıb. APA TV-nin xəbərinə görə, interaktiv oyun şəklində hazırlanan layihə ana dilini öyrənmə prosesini daha asan və əyləncəli edir. Oyun valideynlərə uşaqlarının öyrənmə prosesini izləmək imkanı da verir. Bundan əlavə, balacalar saytın şeirlər bölməsində bir sıra uşaq şeirlərini səsli dinləyə bilər. Oyun haqqında isə www.anadili.az saytından daha ətraflı məlumat əldə etmək olar.

 

Tədbirdə çıxış edən millət vəkili Gövhər Baxşəliyeva bildirib ki, bu sayt xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutulsa da, hər kəs istifadə edə bilər: "Məktəbəqədər uşaqlarımıza müəyyən şeylərin öyrədilməsi üçün azərbaycandilli materiallar olduqca azdır. Azərbaycanca cizgi filimləri çox azdır".

 

Kaspi Təhsil Mərkəzi abituriyent hazırlığında yenilik edərək onlayn imtahan sistemi olan “Kaspi Test”i (www.kaspitest.com) də istifadəyə verib. Mərkəzin direktoru Elnur Əliyev bildirib ki, sistemin məqsədi mərkəzin təşkil etdiyi sınaq imtahanlarının onlayn qaydada keçirilməsi, istifadəçilərin yer və məkandan asılı olmayaraq, həmin imtahanlarda iştirakıdır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova