Türkiyə prezidenti velosiped sürdü
Türkiyə prezidenti Abdullah Gül iqamətgahında velosiped sürüb. APA TV-nin məlumatına görə, Prezident velosipet turniri çərçivəsində velosiped sürən Abdullah Gülə bir neçə nazir də qoşulub. İqamətgah ərazisində hökumət rəsmiləri arasında 750 metrlik məsafədə yarış keçirilib. Türkiyə prezidenti yarışı birinci tamamlayıb.
Abdullah Gül iştirakçılarla xatirə fotosu çəkdirdikdən sonra jurnalistlərə açıqlama verib.
Qeyd edək ki, sayca 50-cisi keçirilən Prezident velosiped turu aprelin 27-də başlayacaq və mayın 4-də başa çatacaq.