Yaşar Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilib
Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.
Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Aqşin Şəfaət oğlu Mehdiyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda Azərbaycan Respublikasının Kuba Respublikasında, Yamaykada, Nikaraqua Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Dövlət başçısı həmçinin, Kristian Balzanın Azərbaycan Respublikasının Malta Respublikasında fəxri konsulu təyin edilməsi barədə də sərəncam imzalayıb.