Yüksək qurumlarının təşkil etdiyi inşa müsabiqəsinə 18 min şagird qatılıb
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələri şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. APA TV-nin xəbərinə görə, akademik Zərifə Əliyeva adına liseydə təşkil olunan müsabiqənin təşkilatçıları Yeni Azərbaycan Partiyası (YAP), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş inşa müsabiqəsi artıq 8-ci dəfədir təşkil olunur. Onun sözlərinə görə, müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşdırılıb: “İnşa müsabiqəsində ölkənin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon (şəhər) mərhələsində 18 min nəfərdən artıq şagird iştirak edib".
Qeyd edək ki, inşa yazı müsabiqəsinin respublika mərhələsinin iştirakçıları arasından qaliblər seçiləcək. I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək.