Yenə yağış yağacaq
Aprelin 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanda yaxın 3 gün ərzində geomaqnit vəziyyət insanların səhhətində diskomfort yaradacaq. Bunu Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, geomaqnit həyəcanlanması və meteoroloji şəraitin tez-tez, kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlılar, uşaqlar və meteohəssas insanların səhhətində aprelin 12-də və 13-də gün ərzində, aprelin 14-də isə qismən narahatlıq-diskomfort hissi yaradacaq. Meteohəssas olmayan sağlam insanların isə heç bir narahatçılığa gərək yoxdur.