Türkiyə TANAP-dan daha çox qazanmaq istəyir

"Türkiyə Azərbaycan təbii qazının nəqlini həyata keçirəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin tikintisində əlavə 10 faiz payı əldə etmək niyyətindədir".

 

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. Bu məsələ gələn həftənin sonunda Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızla görüşdə müzakirə olunacaq. O, aprel ayının sonunda TANAP layihəsinin yekun investisiya qərarının qəbul olunmasına hazırlıq işlərinin başa çatacağını söyləyib.

ARDNŞ prezidenti əlavə edib ki, TANAP layihəsi çərçivəsində işlər nəzərdə tutulan qrafik üzrə aparılır və boru xəttinin keçəcəyi bütün ərazilərdə problemlər həll olunub, xəritələr çəkilib, geoloji işlər aparılıb. Artıq 900 kilometrə yaxın ərazi sənədləşdirilib və Türkiyənin BOTAŞ şirkətinə verilib. İşlər plana uyğun davam etsə, bu ilin sonuna layihənin təməlqoyma mərasimi keçiriləcək. Əsas işlər isə 2015-ci ildə başlanılacaq.

R. Abdullayev qeyd edib ki, bundan sonra TANAP layihəsinin pay bölgüsündə layihənin tərəfdaşları - ARDNŞ-in payı 58, BP-nin payı 1, Türkiyənin BOTAŞ-TPAO şirkətinin payı isə 30 faiz olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv